XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

12 İyul 2018 - 20:11

Ağsuda yanğının əhatə dairəsi böyüyüb –Helikopter, təyyarə və yerli əhali alovları söndürməyə cəlb olunub

Ağsu rayonunda güclü yanğın baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Bico kəndinə yaxın ərazidə 100 hektardan çox biçilmiş taxıl sahələrində qeydə alınıb. Hazırda yanğın kəndin şimal dağlıq ərazilərinə tərəf irəliləyir.

Yanğının qarşısının alınması üçün Ağsu, habelə Şamaxı və Göyçay rayonlarının yanğından mühafizə xidmətlərinin qüvvələri, Fövqəladə Hallar Nazirliyinin iki helikopteri və bir təyyarəsi cəlb olunub.

Köməyə ətraf kəndlərin, o cümlədən Bico, Gəgəli və bir neçə yaxın yaşayış məntəqələrinin sakinləri gəlib. Onlar texnikanın girə bilmədiyi ərazilərdə yanğını söndürməyə çalışırlar. 10-dək şum traktorunun qüvvəsi ilə alovun kənd ərazisinə daxil olmasının qarşısını almaq üçün şumlama işi aparılır.