Gündəm

  • " width="300" height="266" />
    Türkiyə ilə ABŞ arasında böyük qalmaqal yaradan rahib… –Branson barəsindəki qərara etiraz etdi
  • " width="300" height="266" />
    Lavrovdan Xəzərlə bağlı Konvensiyaya şərh:"22 il iş getdi, bu, sadə məsələ deyil..."
  • " width="300" height="266" />
    “Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar və təzyiqlər xaosa çevrilə bilər” –Çavuşoğlundan xəbərdarlıq
  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"

Müsahibə

  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

15 Avqust 2018
14 Avqust 2018

Digər Xəbərlər

10 Avqust 2018 - 13:22

İngiltərə Premyer Liqasında ilk tura start veriləcək- Bu gün

Avqustun 10-da 130-cu İngiltərə Premyer Liqasına start veriləcək.

Üç günü əhatə edəcək ilk tura “Mançester Yunayted”-“Lester Siti” oyunu ilə start veriləcək.

Birinci turda azarkeşlərin səbirsizliklə gözlədiyi oyun avqustun 12-də keçiriləcək. Son çempion “Mançester Siti” “Arsenal”ın qonağı olacaq. Digər qarşılaşmalar isə bunlardır:

“Nyukasl”-“Tottenxem”,

“Bormunt”-“Kardiff”,

“Fulxem”-“Kristal Palas”,

“Haddesfild”-“Çelsi”,

“Votford”-“Brayton”,

“Vulverxempton”-“Everton”,

“Liverpul”-“Vest-Xem”,

“Samupqenton”-“Börnli”.

Futbolun beşiyi olaraq qəbul edilən İngiltərədə futbol 1885-ci ildə professionallaşmağa başladı.

İlk liqa 1888-ci ildə “Aston Villa” klubunun prezidenti Uilyam Mcqregorun təşəbbüsü ilə təşkil olundu. Bu, eyni zamanda, dünyadakı ilk professional liqa olaraq tarixə düşdü. İlk mövsümün çempionu isə “Preston Nort End” oldu. “Preston Nort End” həmin mövsümü məğlubiyyətsiz başa vurdu. İnanılmaz bir rəqabətin olduğu liqada indiyədək yalnız dörd komanda üç dəfə üst-üstə çempionluğa sahib olub. Bunlar “Haddersfild Taun”, “Arsenal”, “Liverpul” və “Mançester Yunayted” komandalarıdır.

1980-ci illərə qədər Avropanın öndə gədən liqalarından biri olan İngiltərə Liqası 1985-ci ildə Heyzel faciəsindən sonra UEFA tərəfindən cəzalandırıldı. UEFA ingilis klublarını bütün avrokubok yarışmalarından uzaqlaşdırdı. Nəticədə futbol azarkeşlərin diqqəti İtaliya A Seriyasına və İspaniya La Liqasına yönəldi. 1992-ci ildə İngiltərə Futbol Federasiyası liqanı ləğv etdi və yerinə Premyer Liqa (FA Premier League) adlandırılan çempionat yaratdı. İlk mövsümündə 22 komandanın oynadığı Premyer Liqada 1995-ci ildə klubların sayı 20-yə endirildi.

İngiltərə Premyer Liqasında ən çox oyun keçirən oyunçu Qaret Baridi. O, “Everton”, “Aston Vila”, “Mançester Siti”, “Vest Bronviç” klublarına çıxış edib və ümumilikdə 653 oyun keçirib. Turnirin ən çox fərqlənən oyunçusu isə İngiltərə millisinin və “Nyukasl” klubun oyunçusu Alan Şirerdi. Hücumçu 559 oyuna 260 dəfə fərqlənib.

“Liverpul” klubu 1992-ci ilə qədər çempionatın ən uğurlu klubu hesab edilirdi. Adı dəyişdiriləndən sonra isə İngiltərə Premyer Liqasının ən titulu komandası “Mançester Yunayted” oldu. Ümumilikdə “qırmızı şeytan”lar 20 dəfə İngiltərə çempionu adı qazanıblar. 18 dəfə çempionluq adını qazanan “Liverpul” ikinci yerdədir. Üçüncü pillədə olan “Arsenal” 13, dördüncü yerdə qərarlaşan “Everton” 9 , ilk beşliyi tamamlayan “Aston Vila” isə 7 dəfə çempion adı qazanıb.

Həmçinin İngiltərə Premyer Liqası dünyanın ən gəlirli çempionatı sayılır. Rekord gəlir isə 2007/2008-ci il mövsümündə qeydə alınıb. Bu çempionatın gəliri 3,15 milyard dollar olub.

İngiltərə Premyer Liqasının kuboku “Royal Jewelers” (Garrard & Co) şirkəti tərəfindən yaradılıb. İyirmi beş kiloqram ağırlığı olan kubokun hündürlüyü 76 santimetrə çatır. Kubok 925 əyar gümüşdən hazırlanıb(azərtac).