XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 15:47

Sürücülərin nəzərinə!- Bu yollarda rənglənmə işləri olacaq

Bakı şəhəri, Parlament prospektində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Trend-in xəbərinə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Bundan başqa axsam saat 22:00-dan başlayaraq Rixard Zorge, Kövkəb Səfərəliyeva və Puşkin küçələrində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.