XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 18:06

Bakıda buraxılış imtahanlarında ən yaxşı və ən pis nəticə göstərən rayonların adları açıqlanıb- SİYAHI

“Buraxılış imtahanlarının nəticələrinə görə, 4 il ərzində məktəblərin irəliləməsi və geriləməsi rayonlar üzrə təhlil edilib”.

“Report” xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.

O bildirib ki, şagirdlərin imtahan nəticələrinə əsasən, Bakının Səbail, Xətai, Nəsimi rayonlarının məktəbləri ilk üçlükdə, Xəzər, Pirallahı və Qaradağ rayonlarının məktəbləri isə son üçlükdədir.

M.Vəliyeva vurğulayıb ki, əvvəlki tədris ili ilə müqayisədə 2017/2018-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alanların sayı 0.54 % azalıb, müvəffəq qiymət alanların sayı isə 2.16 faiz artıb.

Nazir müavini əlavə edib ki, hazırda BŞTİ-nin tabeliyində 317 orta məktəb var: “2017-2018-ci tədris ili ilə müqayisədə bu tədris ilində müəllimlərin sayı 0,3 %, şagirdlərin sayı 4, 5 faiz artıb. Bakıdakı şagirdlərin 83 faizi Azərbaycan, 17 faizi rus bölməsi üzrə təhsil alır”.