XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 18:17

Azərbaycanda rus bölməsi üzrə ibtidai sinif müəllimi çatışmazlığı var- Açıqlama

“Son dörd ildə həm rus bölməsi, həm də Azərbaycan bölməsinə müsabiqə yolu ilə qəbul aradan qaldırılıb. Bu da rus bölməsinə marağı artırıb”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, rus dilini bilənlərlə yanaşı, bu dildə danışa bilməyənlər də məktəblərə müraciət edir və nəticədə sıxlıq yaranır: “Bu da bizi narahat edir. Bununla bağlı Təhsil Nazirliyi qarşısında təkliflərlə çıxış edəcəyik”.

M.Vəliyeva bildirib ki, bu gün rus bölməsi üzrə 273 ibtidai sinif müəllimi çatışmır: “Kadr çatışmazlığı ümumi orta və tam orta təhsil səviyyəsində daha çox hiss olunur. Kadr çatışmazlığı həllini tapmasa, əlavə siniflərin açılması mümkün deyil. Rus bölməsi üzrə çıxarılan vakansiyaları tutmaq üçün namizədlər kifayət qədər bal toplaya bilmirlər”.