XƏBƏR LENTİ

12 Noyabr 2018

Digər Xəbərlər

14 Sentyabr 2018 - 14:15

Bakı Şəhər Baş Polis İdarəsindən xəbərdarlıq:“Türk şəhidliyi abidəsi saat 17:00-a qədər bağlı olacaq”  

 

Bakının işğaldan azad olunmasının 100 illik yubileyi ilə əlaqədar sabah paytaxtda mühüm dövlət tədbirləri keçiriləcək.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov “Qafqazinfo”ya açıqlamasında ictimaiyyətə xəbərdarlıq edib.

General bildirib ki, sentyabrın 15-də yubiley tədbirləri ilə əlaqədar Şəhidlər Xiyabanında Türk şəhidliyi abidəsi səhər saatlarından 17:00-a qədər bağlı olacaq: “Əhalinin diqqətinə çatdırırıq ki, sözügedən abidəni ziyarət etmək istəyənlər yalnız bu saatdan sonra həmin əraziyə buraxılacaq. O vaxta qədər isə Türk şəhidliyi abidəsində mühüm dövlət tədbirlərinin keçirilməsi nəzərdə tutulub”.