XƏBƏR LENTİ

23 Oktyabr 2018

Digər Xəbərlər

11 Oktyabr 2018 - 15:15

UEFA Millətlər Liqası:Azərbaycan-Malta matçının hakimləri açıqlandı

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Malta futbol oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Strateq.az xəbər verir ki, oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İvan Bebek, onun köməkçiləri isə Tomislav Petroviç və Miro Qrqiç olacaqlar.

Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirəcək.