XƏBƏR LENTİ

22 Oktyabr 2018
21 Oktyabr 2018
20 Oktyabr 2018

Digər Xəbərlər

11 Oktyabr 2018 - 18:46

Prezident İlham Əliyev İspaniya Kralına məktub göndərdi –Mətn

Prezident İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim sülh və firavanlıq diləyirəm”.