Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Özbəkistana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 12-də Daşkənddə keçiriləcək Şuranın iclasında 20-dək məsələ müzakirə ediləcək.