XƏBƏR LENTİ

22 Oktyabr 2018
21 Oktyabr 2018
20 Oktyabr 2018

Digər Xəbərlər

11 Oktyabr 2018 - 20:19

ABŞ Müdafiə Nazirliyi “F-35”in qırıcılarının bütün uçuşlarını dayandırdı –Səbəb

ABŞ Müdafiə Nazirliyi “F-35” tipli beşinci nəsil qırıcı təyyarələrinin bütün uçuşlarını dayandırıb.

“Military Times” portalı xəbər verir ki, mütəxəssislər həmin təyyarələrin yanacaq sistemində nasazlıq ola biləcəyini düşünürlər. Ona görə də istər ABŞ, istərsə də başqa ölkələrin ordularındakı “F-35” təyyarələri yoxlanılacaq. Bunun üçün 24 saatdan 48 saatadək vaxt sərf olunacağı gözlənilir.

Qeyd edək ki, “F-35” təyyarələrinin yoxlanılması barədə qərar sentyabrın 28-də Cənubi Karolinada dəniz piyadaları korpusuna məxsus “F-35-M” təyyarəsinin qəzaya uğramasından sonra verilmişdi. Həmin qəzada pilot təyyarədən paraşütlə atılaraq sağ qalmışdı/Report.