XƏBƏR LENTİ

11 Dekabr 2018

Digər Xəbərlər

12 Oktyabr 2018 - 00:37

UEFA Millətlər Liqası:Azərbaycan millisi 3 qolla qalib gəldi, 2-ci pilləyə yüksəldi

Bu gün UEFA Millətlər Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi Farer adaları ilə səfərdə qarşılaşıb.

Strateq.az xəbər verir ki, millimiz matçın 28-ci dəqiqəsində Riçard Almeydanın qolu ilə hesabı açıb – 0:1.

67-ci dəqiqədə Dmitri Nazarov ikinci qola imza atıb – 0-2.

Riçard Almeyda 85-ci dəqiqədə penaltidən daha bir qola imza atıb – 0:3.

Oyun bu hesabla bitib. Qeyd edək ki, qrupumuzdakı digər oyunda Kosova evində Malta qarşılaşıb. Həmin oyun 3-1 hesabı ilə Kosovanın xeyrinə başa çatıb.

Bu nəticələrdən sonra Kosova 7 xalla birinci, Azərbaycan isə 5 xalla ikinci, Farer adaları 3 xalla 3-cü, Malta isə 1 xalla sonuncu pillədə qərarlaşıblar.