XƏBƏR LENTİ

11 Dekabr 2018
10 Dekabr 2018

Digər Xəbərlər

12 Oktyabr 2018 - 14:27

Vergilər naziri Beyləqan və Şəmkirdə vətəndaşları qəbul edəcək –Vaxt açıqlandı

Vergilər naziri Mikayıl Cabbarov cari il oktyabrın 15-də saat 14:00-da Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, Ağcabədi, İmişli, Ağdam, Füzuli, Cəbrayıl, Laçın və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə AZƏRTAC-a nazirliyin Media və kommunikasiya mərkəzindən açıqlama verilib.

Qəbula gəlmək istəyən vətəndaşlar oktyabrın 12-13-də Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə və İmişli rayonunda vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Həmçinin bu ilin oktyabrın 16-da saat 10:00-da Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Şəmkir şəhəri, H.Əliyev küçəsi 5) Gəncə və Naftalan şəhərlərinin, Şəmkir, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Kəlbəcər rayonlarının sakinlərini qəbul ediləcək.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.