XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

08 Noyabr 2018 - 11:32

Baş nazir ETSN-nin kollegiyasının yeni tərkibini təsdiqlədi –Qərar

Baş nazir Novruz Məmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) kollegiyasının yeni tərkibini təsdiqlənməsi ilə bağlı qərar imzalayıb.

Strateq.az Nazirlər Kabinetinə istinadən bildirir ki, qərara əsasən, kollegiyanın tərkibi aşağıdakı şəkildə formalaşdırılıb:

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Ekologiya və təbii sərvətlər nazirinin müavinləri;

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri;

Nazirliyin Aparatının ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri;

Nazirlik Aparatının ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru;

Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi.