XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

08 Noyabr 2018 - 12:33

Amaliya Pənahova ilə vida mərasiminin vaxtı dəqiqləşib –Teatrdan açıqlama

Xalq artisti Amaliya Pənahova ilə vida mərasiminin vaxtı dəqiqləşib.

Teleqraf.com-a açıqlama verən əməkdar artist Hüsniyyə Mürvətova bildirib ki, mərhum xalq artisti ilə vida mərasimi sabah olacaq: “Teatrımızın kollektivi Təzə Pir məscidində bir araya gələcək. Rəsmi vida mərasimi isə sabah olacaq”.

Mədəniyyət Nazirliyi də vida mərasiminin sabah keçiriləcəyini bildirib.

Mərasimim Akademik Milli Dram Teatrında baş tutacaq.

Vida mərasimi saat 11:00-12:30-da keçiriləcək.

Xatırladaq ki, Xalq artisti 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.