XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

08 Noyabr 2018 - 17:30

“Bütün məktəblərində istilik sistemləri noyabr ayının 15-dən işə düşəcək” –Təhsil Nazirliyi

“Azərbaycanın bütün məktəblərində istilik sistemləri hər il olduğu kimi, bu il də noyabr ayının 15-dən işə düşəcək”.

Bunu  Təhsil Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, Bakı və regionlardakı təhsil müəssisələrinin qış mövsümünə hazırlığı ilə bağlı bu ilin yayından müvafiq işlər aparılır.

“Qarşıya çıxan problemlər aradan qaldırılır. Bəzi təhsil müəssisələrində daxili istilik sistemində problemlər olmasa da, müəyyən çətinliklər aşkarlanır. Bu məsələlərin həlli istiqamətində cavabdeh qurumlarla işlər aparılmaqdadır”.

Report