XƏBƏR LENTİ

14 Noyabr 2018
13 Noyabr 2018

Digər Xəbərlər

08 Noyabr 2018 - 22:48

Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri Avropa İttifaqının nümayəndəsi ilə görüşüb –Müzakirə

Bu gün Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Görüşdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, icma rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov, İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elçin Əhmədov və İdarə Heyətinin üzvü Ramiq Məhərrəmov iştirak ediblər.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. İdarə Heyətinin üzvləri Ermənistanın təcavüzkar siyasəti və xalqımıza qarşı törədilmiş soyqırımları haqqında avropalı qonaqlara ətraflı məlumat veriblər. Bildirilib ki, danışıqlar prosesinin bu günədək nəticəsiz qalması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır.

Bununla yanaşı, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının uğurla inkişaf etdiyi bildirilib. Bu baxımdan Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri münaqişənin tezliklə ədalətli həll edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün əhəmiyyətini qeyd etməklə yanaşı, bu istiqamətdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndə heyətinin də səylərini artırmağa çağırıblar/Azərtac.