XƏBƏR LENTİ

14 Noyabr 2018
13 Noyabr 2018

Digər Xəbərlər

08 Noyabr 2018 - 23:09

“Vorskla” və “Qarabağ”ın start heyətləri açıqlandı –SİYAHI

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda üz-üzə gələcək Ukrayna “Vorskla”sı ilə “Qarabağ”ın start heyətləri açıqlanıb.

Hər iki komandada Bakıdakı ilk görüşlə müqayisədə 2 dəyişiklik edilib.

Meydan sahiblərinin baş məşqçisi Vasili Saçko Vadim Sapay və Ardin Dallkunu Aleksandr Çijov və Arturla əvəzləyib. Onun rəqib həmkarı Qurban Qurbanov isə qapıçı Vaqnerin əvəzinə Hannes Halldorssona, İnnosent Emeqaranın yerinə Con Delarja şans verib.

“Vorskla”: 1. Boqdan Şust, 4. İqor Perduta, 5. Najip Yakubu, 6. Aleksandr Sklyar, 10. Vladislav Kulaç, 11. Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov (k.), 26. Yuri Kolomoyets, 33. Aleksandr Çijov, 66. Artur, 82. Pavlo Rebyonok

Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 3. Andro Giorqadze, 9. Mixail Sergeyçuk, 14. Kareka, 23. Vadim Sapay, 40. Taras Sakov, 44. Ardin Dallku

Baş məşqçi: Vasili Saçko

“Qarabağ”: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel Madeyra, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdulah Zubir, 28. Con Delarj, 52. Yakub Jezniçak, 77. Donald Gerye

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, Poltavadakı Aleksey Butovski adına stadionda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 24:00-da başlanacaq/Report.