XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

09 Noyabr 2018 - 23:08

Norveçdən gözlənilməz addım –Azərbaycandakı səfirliyini bağlayır (QƏRAR)

Norveç Bakıdakı səfirliyini bağlamağı, əvəzində Gürcüstanda səfirlik açmağı qərara alıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Norveçin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Gürcüstan bizim Cənubi Qafqazda başlıca tərəfdaşımızdır. İllər ərzində islahatların nəticəsi olaraq ölkə Avropa və Avratlantika strukturları ilə yaxınlaşıb. Tbilisidə daimi nümayəndəlik bizə bütün regiondakı hadisələri daha yaxşı izləməyə imkan verəcək”-Norvein xarici işlər naziri İne Mari Eriksen Soreyde bildirib. Nazirin bu bəyanatına Gürcüstan KİV-ləri yer verir.

Bununla bərabər Norveç XİN bildirir ki, bu ölkə Azərbaycanda səfirliyini bağlamaq qərarına gəlib. Azərbaycanla Norveç arasında əlaqələrə isə Türkiyənin Bakıdakı səfirliyi məsul olacaq. Habelə Bakıda Norveçin baş konsulluğu açılacaq. Bütün bu dəyişikliklər 2019-cu ildə baş tutacaq. Norveçin Bakıdakı səfirliyini bağlamaq qərarının səbəbləri açıqlanmır.