XƏBƏR LENTİ

18 Dekabr 2018
17 Dekabr 2018

Digər Xəbərlər

06 Dekabr 2018 - 10:00

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenə pozub –Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Aşağı Seyidəhmədli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.