XƏBƏR LENTİ

21 Yanvar 2019
20 Yanvar 2019

Digər Xəbərlər

10 Yanvar 2019 - 17:42

“Instagram”da yeni funksiya çıxıb- iOS istifadəçiləri üçün

“Instagram” sosial şəbəkəsinin developerləri yeni qeydlərin eyni zamanda istifadəçinin nəzarət etdiyi bir neçə hesabda dərc edilməsinə imkan verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıblar.

“Report” xəbər verir ki, bu barədə “TechCrunch” portalı developerlərə istinadən məlumat verib.

“Instagram” nümayəndəsi artıq bütün iOS istifadəçilərinin bu funksiyadan yararlana biləcəyini təsdiqləyib.

“Xidmətimizi mesajlarını tez-tez bir neçə hesabda dərc edən insanlar üçün daha rahat etmək üçün bu funksiyanı tətbiq edirik”, – nümayəndə deyib.

Yeni funksiya bir neçə profildən istifadə edərək sosial şəbəkələrdə reklam yerləşdirənlər üçün faydalıdır.