XƏBƏR LENTİ

24 İyun 2019
23 İyun 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 18:09

Gürcüstanda azərbaycanlıların yaşadıqları rayonlarda “donuz qripi” var? –Açıqlama

Gürcüstanda azərbaycanlıların ən çox yaşadıqları Kvemo Kartli bölgəsində qrip virusundan ölüm faktı qeydə alınmayıb. Ümumiyyətlə, bu bölgədə qrip virusundan kəskin xəstələnmə və ya digər ağır hallara rast gəlinməyib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze söyləyib.

O deyib ki, qrip virusu ən çox paytaxt Tbilisidə və Acarıstan Muxtar Respublikasında yayılıb. Tbilisi və Batumi əsas mərkəz hesab olunur. Gürcüstanın Kvemo Kartli bölgəsində və digər regionlarında da qrip virusunun yayılma ehtimalı çox azdır. Səhiyyə Nazirliyinin tapşırığına əsasən regionlarda da məcburi peyvəndləmə həyata keçirilir. Əgər hər hansı çağırış olarsa, hökumət həmin bölgələrə də təcili yardım göstərməyə hazırdır.

Qeyd edək ki, hazırda Gürcüstanda qrip virusuna yoluxmuş 845 nəfər xəstəxanalarda müalicə olunur. Onlardan 44-ü reanimasiya şöbələrindədir. Ölkədə indiyədək 15 nəfər qripdən ölüb. Onlardan beşi Acarıstan Muxtar Respublikasının sakinidir.