XƏBƏR LENTİ

19 Mart 2019
18 Mart 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 19:02

Polşada zəlzələ oldu –Ölən və yaralananlar var

Polşada zəlzələ baş verib. 

“RİA Novosti” xəbər verir ki, yeraltı təkan ölkənin qərbində, Aşağı Sileziya bölgəsində qeydə alınıb.

Nəticədə Polkoviçe şəhəri yaxınlığındakı kömür mədənində uçqun baş verib, 1 nəfər ölüb, 6 nəfər də xəsarət alıb.

“Hazırda 7 zərərçəkənin olduğunu deyə bilərəm. Altı mədən işçisi xəstəxanalara çatdırılıb, daha biri də ölüb”, – deyə “KGHM” şirkətinin sözçüsü dövlət telekanalına bildirib/Report.