XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

10 Fevral 2019 - 11:54

Rus səfir Karlovun ölümündən danışdı:"Bu məsələ diqqətlə araşdırılır"

Rusiya Federasiyasının hüquq-mühafizə orqanları bu ölkənin Türkiyədəki sabiq səfiri, mərhum diplomat Andrey Karlovun qətli işi ilə bağlı türk həmkarları ilə sıx əlaqədədirlər.

Bu barədə Rusiya Federasiyasının Türkiyədəki səfiri Aleksey Yerxov bildirib.

“Rusiya hüquq-mühafizə orqanları bu iş üzrə türk həmkarları ilə ən sıx qarşılıqlı təsirlərdədir. İttihamnamə bizə təqdim olunub. Bu, çox həcmli sənəddir – türk dilində bir neçə yüz səhifədir, hansı ki, Rusiyanın səlahiyyətli orqanları tərəfindən diqqətlə araşdırılır. Məhkəmə yenicə başlayıb, ən birinci prosessual prosedurları keçib, iş ağırdır, xeyli sayda müttəhim cəlb edilib”, – deyə səfir müsahibəsində bildirib.

O, güman edir ki, məhkəmə prosesi azı bir neçə ay davam edəcək. “Buna hazır olmaq lazımdır, biz onun gedişini izləyəcəyik”, – deyə səfir əlavə edib.

Karlovun qətli işi üzrə məhkəmə yanvarın 8-də başlayıb. İşə Ankaranın Xüsusi Ağır cinayətlər üzrə İkinci Məhkəməsində baxılır.  (Report)