Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Aşıqalılar kəndində qeydə alınıb.
“Ford” markalı mikroavtobus yol kənarında dayanan “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə mikroavtobusda olan 4 yaşlı oğlan ölüb. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.
Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.
Daha əvvəl Beyləqan rayonunda iki avtomobil toqquşub. (Report)