XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

10 Fevral 2019 - 16:10

İŞİD-in son qalası da əlindən alınır –Əməliyyat

Suriya Demokratik Qüvvələri Fəratın Şərqində – Deyr əz Zorda son İŞİD mövqelərini ələ keçirmək üçün hücuma başlayıb.

Bu barədə “Əl-Hədat” telekanalı informasiya yayıb.

Məlumata görə, İŞİD-in nəzarət etdiyi İraqla sərhəddəki 4 min kvadrat kilometrlik son bölgəyə hücum bütün mülki insanların çıxarılmasından sonra başlayıb. Ərazidən ümumilikdə 20 min insan humanitar dəhlizlər vasitəsilə çıxarılıb. Ərazidə təxminən 400-600 İŞİD terrorçusunun qaldığı ehtimal olunur.

Terrorçular bölgədən qaçmağa çalışsa da, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın müdaxiləsi ilə bunun qarşısı alınıb. (Axar.az)