XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

10 Fevral 2019 - 21:11

Azərbaycan Premyer Liqası:"Zirə" səfər oyununda "Səbail"in qapısına iki top vurub

Fevralın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyununda “Səbail” “Bayıl Arena”da “Zirə”ni qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Zirə”nin heyətində ilk qolu oyunun 2-ci dəqiqəsində paraqvaylı hücumçu Xulio Sezar Rodrigez vurub. Oyunda son nöqtəni isə Sadio Tounkara 90-ci dəqiqədə vurduğu qolla qoyub.

Meydan sahiblərinə gəlincə, onlar bir neçə əlverişli imkandan yararlana bilməyiblər. Belə ki, 51-ci dəqiqədə “Səbail”in hücumçusu Ağabala Ramazanovun qüvvətli zərbə ilə vurduğu top qapı tirinə dəyərək geri qayıdıb. Oyunun 69-cu dəqiqəsində isə Kitanovskinin başla vurduğu top qapı dirəyinə tuş gəlib. Qarşılaşmanın 81-ci dəqiqəsində Elvin Yunuszadə ikinci sarı vərəqə ilə cəzalandırılaraq “Səbail”i azlıqda qoyub. Bundan üç dəqiqə sonra Kevin Kubembanın zərbəsinin qarşısını da qapı dirəyi alıb.

Bu qələbədən sonra xallarının sayını 13-ə çatdıran “Zirə” sonuncu pillədən uzaqlaşaraq 7-ci sıraya yüksəlib. “Səbail” isə 24 xalla üçüncü yerdədir.

Xatırladaq ki, bu gün keçirilən digər matçında “Neftçi” “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib. Fevralın 9-da keçirilmiş oyunlarda “Qəbələ” “Sabah”a 1:0, “Qarabağ” isə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.