XƏBƏR LENTİ

17 Fevral 2019
16 Fevral 2019

Digər Xəbərlər

12 Fevral 2019 - 10:36

Kamal Abdulla ondan şikayət edən dekanı işdən çıxarıb –ADU-dan açıqlama

“Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli çox ciddi nöqsanlarına görə vəzifəsindən azad olunub”.

Bunu “Report”a açıqlamasında iniversitetin Mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli deyib.

O, V.Ağabəylinin müəllim kimi Dillər Universitetində çalışdığını əlavə edib.

“Yəni, o, işdən çıxmayıb. Onun işdən çıxması ilə bağlı yayılan məlumatlar əsassızdır. Sadəcə olaraq, dekan vəzifəsindən çıxarılıb. Yarımştat müəllim kimi fəaliyyətini davam etdirir”, – A.Cəfərli bildirib.