XƏBƏR LENTİ

22 Aprel 2019
21 Aprel 2019

Digər Xəbərlər

12 Fevral 2019 - 11:03

“Azərkosmos” Bakı Ali Neft Məktəbində seminar keçirib –Müzakirə + FOTO

Bakı Ali Neft Məktəbində (BANM) “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən “Məsafədən müşahidənin əsasları” adlı seminar keçirilib. 

BANM-dən Strateq.az-a verilən məlumata görə, seminarda BANM-ın rektoru Elmar Qasımov, Azərkosmosun nümayəndələri, Ali Məktəbin müəllim və tələbələri iştirak ediblər.

Ali Məktəbin rektoru bildirib ki, BANM “Azərkosmos” ASC ilə uğurlu əməkdaşlıq edir. Rektor bildirib ki, BANM-ın tələbələri “Azərkosmos” və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “CanSat Azərbaycan 2018” müsabiqəsində “İnterstellar” komandası adı altında ikinci yeri qazanıblar. “Ali Məktəbin tələbələri Azərkosmosun təşkil etdiyi layihələrdə bundan sonra da böyük həvəslə iştirak edəcəklər”- deyə rektor bildirib.

Seminarda Ali Məktəbin tələbələrinə “Azərkosmos” ASC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Tərlan Məmmədzadə, Mərkəzdə mühəndis-proqramçı Cavid Xəlilov, Təsvirlərin emalı qrupunun Məsafədən zondlama üzrə aparıcı mütəxəssisləri Elman Ələskərov və İsmət Baxışov tələbələrin qarşısında böyük təqdimat ediblər.

Əvvəlcə tələbələrə “Azərkosmos” ASC-nin fəaliyyəti və tələbələr üçün təşkil edilən layihələr haqqında məlumat verilib. Daha sonra “Məsafədən müşahidənin əsasları” adlı seminarda peyklər və məlumatların əldə olunması, elektromaqnit enerjisi, məkan və spektral məlumatlar, təsvirlər, süni intellekt haqqında prezentasiya edilib.

Seminardan sonra Azərkosmosun nümayəndələrinə BANM-ın kampusunu ilə yaxından tanış olmaq üçün tur təşkil edilib.