XƏBƏR LENTİ

21 Avqust 2019
20 Avqust 2019

Digər Xəbərlər

12 Fevral 2019 - 11:37

Almaniyanın hakim partiyadan deputatı:“Azərbaycanla münasibətdə çox yaxşı perspektiv görürük”

“Azərbaycan Almaniyanın, ümumiyyətlə Avropanın müxtəlif sahələr üzrə daim maraq dairəsində olan tərəfdaşıdır və biz bir tərəfdaş kimi bu ölkənin ərazi bütövlüyünü, regionun sabitliynin təmin olunmasını dəstəkləyirik”.

Bunu açıqlamasında Almaniya Bundestaqının (parlament) hakim Xristian Demokratlar Partiyasından (CDU) olan deputatı Mark Hauptman bildirib.

O qeyd edib ki, Almaniya bütün münaqişələrin sülh yolu ilə, tərəflər arasında münasibətlərin silah yolu ilə yox masa ətrafında qarşılıqlı anlaşma şıraitində həllinin tərəfdarıdır: “Bu, Cənubi Qafqazdakı münaqişə ocağı ilə bağlı da keçərlidir”. Deputat bildirib ki, Azərbaycan xüsusilə də enerji sahəsində Almaniyanın Cənubi Qafqazda ən önəmli tərəfdaşı kimi sabitlik və inkişaf istiqamətində tutduğu yol Berlin üçün önəmlidir: “Bu halda biz strateji tərəfdaşlıq üçün Azərbaycanla münasibətdə çox yaxşı perspektiv görürürük. Azərbaycanla xüsusilə enerji sahəsində daha yaxın münasibətlərin qurulması Avropa Birliyinin strateji maraqlarına daxildir və təbii ki belə bir tərəfdaşın yaşadığı münaqişənin tezliklə həll olunması bizim də arzumuzdur”-deyə, Bundestaq üzvü vurğulayıb. (Report)