XƏBƏR LENTİ

22 Aprel 2019
21 Aprel 2019

Digər Xəbərlər

12 Fevral 2019 - 20:01

Azərbaycan hərbçiləri beynəlxalq “Qış təlimi – 2019”da –VİDEO

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasında keçirilən beynəlxalq “Qış təlimi – 2019” təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, təlimin ssenarisinə əsasən, hərbçilərimiz sərt iqlim və çətin relyef şəraitində keçirilən antiterror əməliyyatları zamanı döyüş, eləcə də dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyyəsi elementlərini məşq edirlər.

Türkiyənin Qars şəhərində keçirilən məşqlərlə yanaşı, Kayseri şəhərində paraşütçü komandolarımız da ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.