XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

14 Mart 2019 - 13:04

Azərbaycan Baş Prokurorluğu ilə Belarus İstintaq Komitəsi arasındaSAZİŞ

Azərbaycan Baş Prokurorluğu ilə Belarus İstintaq Komitəsi arasında hərtərəfli tərəfdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, münasibətlərin hüquqi bazasını genişləndirmək üçün əməkdaşlıq sazişi imzalanacaq.

Belarus İstintaq Komitəsindən verilən məlumata görə, komitə sədri İvan Noskeviçin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib. O, Baş prokuror Zakir Qaralovla görüş keçirəcək.

Bununla yanaşı, bu gün və sabah qonaqlar azərbaycanlı həmkarları ilə birgə tədbirlərdə iştirak edəcək. Belarus təmsilçiləri məhkəmədən qabaq cinayət istintaqının təşkili və islahatı, ilkin istintaq mərhələsində prokuror nəzarətinin həyata keçirilməsi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədirlər.