XƏBƏR LENTİ

20 Mart 2019
19 Mart 2019

Digər Xəbərlər

14 Mart 2019 - 15:38

Radikallaşmaya qarşı mübarizə təlimləri başa çatdı –İştirakçılara PH və CESD-nin beynəlxalq sertifikatı verilib

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) PH Internationlın təşkilatçılığı ilə martın 13-də Bakı şəhərində “Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri” adlı layihə çərçivəsində müxtəlif sosial qrupların təmsilçiləri üçün təlimi proqramını başa vurub.

Bu barədə adıçəkilən təşkilatdan Strateq.az saytına verilən məlumatda bildirilib. Qeyd olunub ki, bundan əvvəl keçirilən təlimlərdə olduğu kimi layihənin təsir dairəsini genişləndirmək məqsədi ilə müxtəlif qrupların təmsilçiləri, o cümlədən təhsil sektorunda çalışanlar, gənc aktivistlər, media və vətəndaş cəmiyyəti nümayəndələri iştirakı təmin edilib.

Təlim PH İnternational təşkilatının radikal ekstremizmlə mübarizədə müasir yanaşma üzrə təlimlərininin iştirakçıları olmuş İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşları Əhməd Əlili və Rəşad Həsənov tərəfindən keçirilib. Bununla yanaşı bu istiqamətdə mübarizə siyasətini həyata keçirən bütün qrumlar və steykholderlər bu modellərdən istifadə etməklə yol xəritəsi hazırlaya və problemi kökundən həll etmək üçün müxtəlif istiqamətli fəaliyyətləri paralel olaraq həyata keçirə bilərlər.

Xatırladaq ki, müvafiq layihə üzrə təlimlər təkcə paytaxt Bakıda deyil, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonlarında paralel olaraq təşkil edilib. Sonda iştirakçılara PH və CESD-nin beynəlxalq sertifikatı verilib.