XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

14 Mart 2019 - 17:11

DİM sınaq imtahanları keçirəcək –Bu tarixlərdə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə keçiriləcək onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq.

DİM-dən Strateq.az-a verilən məlumata görə, sınaq imtahanlarına qeydiyyat otk.az portalında aparılır.

İmtahanlar martın 16, 17 və 18-də gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahan tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır.

Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.