XƏBƏR LENTİ

20 Mart 2019
19 Mart 2019

Digər Xəbərlər

14 Mart 2019 - 19:26

Bakıdan Sumqayıta gedən elektrik qatarı yolda qalıb –Səbəb

Bakıdan Sumqayıta gedən elektrik qatarı yolda qalıb.

Strateq.az “Report”a istinadən bildirir ki, Bakı Dəmiryol Vağzalından 18:30-da yola düşən nəqliyyat vasitəsi 15 dəqiqə sonra Biləcəri stansiyasında dayanıb.

Sərnişinlər Biləcəri qəsəbəsində düşdükdən sonra qatar yola davam edə bilməyib.

Maşinist bunu texniki problemlə əlaqələndirib. Hərəkət, təxminən, 10 dəqiqə sonra bərpa edilib.