XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

15 Mart 2019 - 11:33

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifədən azad edilib –Novruz Məmmədov sərəncam imzaladı

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilıməsi barədə sərəncam imzalayıb.

Bu barədə Modern.az-a eksklüziv olaraq Akif Əliyə yaxın mənbə bildirib.  Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır. Xatırladaq ki, Akif Əli 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. 1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O. 2-ci dərəcə Dövlət müşaviridir.

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.