XƏBƏR LENTİ

26 İyun 2019
25 İyun 2019

Digər Xəbərlər

14 Aprel 2019 - 10:15

Bakıda tunelin üzərində asfalt örtüyü çökdü –VİDEO

Sürücülərin ən çox istifadə etdikləri tunellərdən birinin üst hissəsində çökmə olub. Çökmə hadisəsi paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən yol qovşağındakı tunelin üzərində qeydə alınıb. Həmin ərazidə torpaq qatı çöküb və bu, bir neçə hissədə müşahidə olunub.

Sakinlər iddia edirlər ki, yağış yağan zaman tunelin üstü su ilə dolduğundan asfalt örtüyündə çökmə baş verir. Bəs, tunelin üzərində asflat qatının çökməsi tuneldən istifadə edən sürücülər üçün təhlükə yaradırmı?
Problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən  bildirilib ki, çökmənin nə tunelə, nə də tunelin dəmir-beton konstruksiyasına heç bir təsiri yoxdur. Sadəcə olaraq tunel inşa olunarkən onun üzərinə kənardan torpaq gətirilərək tökülüb ki, bunun da bir müddət sonra aşağı yatması təbiidir.

“Bununla belə, əməkdaşlar tərəfindən əraziyə baxış keçiriləcək və həmin hissə tezliklə bərpa ediləcək. Narahatlığa heç bir səbəb yoxdur”, – deyə Agentlikdən bildirilib.
Qeyd edək ki, yol qovşağı 2014-ci ildə istifadəyə verilib.