XƏBƏR LENTİ

19 Aprel 2019
18 Aprel 2019

Digər Xəbərlər

14 Aprel 2019 - 10:41

Nepalda təyyarə vertolyotla toqquşub –4 nəfər ölüb

Nepalın Lukla hava limanında “Summit Air” aviaşirkətinə məxsus təyyarənin helikopterlə toqquşması nəticəsində azı iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Bu barədə Nepal mətbuatı məlumat yayıb. Bildirilir ki, səhər saatlarında paytaxt Katmanduya uçmaq üçün uçuş zolağına doğru hərəkət edən təyyarə ərazidə dayanan helikopterə çırpılıb.

Təyyarəyə və helikopterə dəyən zərər barədə hələlik məlumat verilməyib.

Lukla hava limanı dünyanın ən hündür zirvəsi olan Everestə ən yaxın aeroportdur. Aprel-may aylarında zirvəyə dırmanmaq üçün ən sıx dövr hesab olunur. Bu aylarda Lukla aeroportundan gündə təxminən 50 uçuş yerinə yetirilir.   (Azərtac)