XƏBƏR LENTİ

21 Aprel 2019
20 Aprel 2019

Digər Xəbərlər

16 Aprel 2019 - 11:57

Aleksandr Lukaşenko Türkiyəyə rəsmi səfər edəcək –Bu gün

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belaruslu həmkarı ilə təkbətək görüş keçirəcək. Bundan sonra Türkiyə və Belarusun nümayəndə heyətləri arasında görüşün olması nəzərdə tutulub. Bunun ardınca tərəflər arasında müqavilələr imzalanacaq.

Prezidentlər görüşün yekunlarına dair birgə mətbuat konfransı keçirəcəklər. Birgünlük səfər Belarus Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə verilən ziyafətlə yekunlaşacaq/Report.