XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 14:27

Zakir Qaralov Ucarda vətəndaşları qəbul edib –Baş Prokurorluqdan açıqlama

Baş prokuror Zakir Qaralov aprelin 19-da Ucar Rayon Prokurorluğunun inzibati binasında Ucar, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 25 vətəndaşın müraciətini dinləyərək qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.