XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 14:42

Dövlət Miqrasiya Xidmətinin 25 əməkdaşına təlim keçirilib –Etik davranış qaydaları ilə bağlı

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına “Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.

Bu barədə Strateq.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, təlimdə Dövlət Miqrasiya Xidmətində qulluğa yeni qəbul edilmiş 25 nəfər əməkdaş iştirak edib.

Təlim zamanı dövlət qulluqçusunun öz vəzifə borcunu qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində necə yerinə yetirməsi, subyektiv amillərə əsaslanaraq hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verilməməsi və dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına və dövlət qulluğuna ictimai etimadın artırılması, dövlət qulluğunda etik qaydaların əhəmiyyəti, etik qaydaların tətbiqi məsələləri barədə ərtaflı məlumat verilmiş, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluğunda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, dövlət qulluqçusunun əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və s. məsələlər müzakirə olunub.

Təlim Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən aparılmışdır. Sonda isə təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.