XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 15:57

BANM-də Tələbələrin I Respublika Elmi Konfransları başa çatdı –İştirakçılara sertifikat və hədiyyələr verildi

Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbələrin I Respublika Elmi Konfransları başa çatıb.

Ali Məktəbdən Strateq.az-a verilən məlumata görə, tədbirdə BANM-in rəhbərliyi və professor-müəllim heyəti, eləcə də BANM-in partnyorları olan SOCAR-ın Kompleks Qazma İşləri Tresti, “SOCAR Polymer”, “Huawei”, “Maire Technimont”, ABB, “Microsoft”, “Emerson Process Management” və “Avandsis Group” şirkətlərinin təmsilçiləri qatılıblar.

Eyni zamanda konfranslarda iştirak etmiş və öz maraqlı prezentasiyaları ilə seçilərək qalib olaraq müəyyən edilmiş tələbə və gənc alimlər də tədbirdə iştirak ediblər.

Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə aprelin 15-dən etibarən keçirilən konfransların yekunu barədə məlumatları iştirakçılarıların diqqətinə çatdırıb.

Çoxsaylı bölmələrdən ibarət üç geniş başlıq altında – “Kimya və kimya mühəndisliyində perspektivlər”, “Keyfiyyətli enerji, keyfiyyətli xidmət və “Yüksək texnologiyalar- innovativ tətbiqlər” mövzuları çərçivəsində təşkil olunmuş konfranslara ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri və AMEA-nın institutlarını təmsil edən, ümumilikdə, 177 nəfər tələbə və gənc alimin müraciət etdiyini bildirən rektor hər bölmə üzrə uğurla çıxış etmiş qaliblərin bu gün BANM-in sertifikatları, eləcə də konfransa dəstək vermiş yerli və transmilli şirkətlərin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlarını bildirib.

O, hər bir iştirakçıya konfransda fəal iştirak etdikləri üçün təşəkkür edən rektor onlarda elmi-tədqiqtlara marağın bundan sonra daha da artacağından əmin olduğunu vurğulayıb.

Daha sonra 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə, həmçinin həvəsləndirici kateqoriya üzrə seçilmiş iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.