XƏBƏR LENTİ

23 Avqust 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 19:02

Azərbaycan Premyer Liqası:"Qəbələ" "Zirə"ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

“Report” xəbər verir ki, “Qəbələ” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib.

Qarşılaşma əyalət təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1. Hesab 21-ci dəqiqədə “qırmızı-qaralar”ın hücumçusu Davit Volkov açıb. Birinci hissənin sonunlarında meydan sahiblərinin qapıçısı Dmitri Bezotosnı zədələnərək meydanı tərk edib və onun yerinə Anar Nəzirov meydana daxil olub.

Matçdakı ikinci qolu da əyalət komandası vurub. “Qəbələ”nin heyətində Ceyms Adeniyi 56-cı dəqiqədə fərqlənib. 71-ci dəqiqədə isə “Zirə”nin legioneri Sadio Tounkara hesab arasındakı fərqi azaltsa da, qonaqların bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra 36 xalla 4-cü pillədə qərarlaşan “Qəbələ” “Səbail”lə xal fərqinin artmasına imkan verməyib. “Zirə” isə 25 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Sabah” – “Neftçi” oyunu ilə yekun vurulacaq. XXV turun digər matçlarında “Qarabağ” “Keşlə”ni 3:0, “Səbail” isə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.