XƏBƏR LENTİ

23 Avqust 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 23:51

“Naxçıvan Məhsulları” publik hüquqi şəxs yaradıldı –Vasif Talıbovdan sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında “Naxçıvan Məhsulları” publik hüquqi şəxs yaradılıb.

Muxtar Respublikanın Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiqləmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.