XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 13:06

Pakistanın Baş naziri İrana gedir –Səfərin qrafiki

Pakistanın Baş naziri İmran Xan aprelin 21-də ilk dəfə İrana ikigünlük rəsmi səfər edəcək.

Məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, səfər zamanı o, İranın ali rəhbəri Seyid Əli Xamənei  ölkə Prezidenti Həsən Ruhani ilə görüşəcək. İmran Xanın keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələrə dair məsələlərin, regional və beynəlxalq vəziyyətin müzakirə olunacağı gözlənilir.

Onu İrana səfərində Maliyyə, İnsan Hüquqları, Dənizçilik və Əyalətlərin Koordinasiyası nazirləri, həmçinin ticarət məsələləri üzrə müşavirlər müşayiət edəcəklər/Report.