XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 16:51

Parisdə “Sarı jiletlilər”in aksiyasında toqquşma oldu –Polis gözyaşardıcı qazdan istifadə etdi

Parisdə “Sarı jiletlilər”in bu gün keçirilən etiraz aksiyası zamanı polislər gözyaşardıcı qazdan istifadə ediblər.

Respublika meydanına tərəf yürüş edən aksiya iştirakçıları yürüş üçün icazə verilən marşrutdan kənara çıxması səbəbindən asayiş təminatçıları gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, “Sarı jiletlilər”in in tələblərinə cavab tədbirləri hazırlamaq məqsədilə keçirilən “böyük debatlar”ın nəticələri 15 aprel tarixində saat 20.00-də Fransa Prezidenti Emmanuel Makron tərəfindən televiziya vasitəsilə xalqa açıqlanmalı idi. Parisin Notr-Dam kilsəsində həmin tarixdə saat 18.15-də baş verən yanğın səbəbindən ölkə prezidenti çıxışını təxirə salmaq məcburiyyətində olub. Beləliklə, “Sarı jiletlilər” 23 həftə bundan qabaq 17 noyabrda başladıqları nümayişləri davam etdirirlər/Report.