XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 18:19

Dilçilik İnstitutunun direktoru abituriyentlərə müraciət edib –Orfoqrafiya Normalarının təsdiqlənməsi ilə bağlı

“Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normaları ali və orta məktəblərdə, eləcə də ali təhsil müəssisələrinə qəbul üçün keçirilən bu ilki imtahanlarına aid olmayacaq”.

Bunu AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, yeni normalarda öz əksini tapan sözlər Azərbaycan dilinə aid bu ilki imtahanlarda istifadə olunmayacaq. Akademik abtiruriyentləri buna görə narahat olmamağa çağırıb: “Çünki Azərbaycan dilinin Orfoqrafiya Normaları Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra yeni qaydalarla verilmiş sözlər yeni nəşr olunacaq “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə də salınmalıdır. Lüğət nəşr olunandan sonra isə Azərbaycan dilinin Orfoqrafiya Normalarında əks olunan sözlərin yazılış qaydasına həmçinin test imtahanlarında da riayət olunmalıdır”.   (Report)