XƏBƏR LENTİ

13 Dekabr 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 20:34

Bakıda bu yolda hərəkət qısa müddətlik məhdudlaşdırılacaq –Təmirlə əlaqədar

Aprel ayının 20-dən 21-nə keçən gecədən etibarən 21-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşudbanu Natəvan küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti təmirlə əlaqədar qısa müddətlik məhdudlaşdırılacaq.

Strateq.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən  xəbər verir ki, sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Yəhyə Hüseynov və Rəşid İsmayılov küçələri ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq sözügedən küçələrə yönəldiləcək: “Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”.