XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 09:45

Partiya sədrindən Ərdoğana cavab:"O dəmir necə soyuyacaq?"

Biz heç vaxt dəmiri qızdırıb döymək niyyətində olmamışıq.

Bu sözləri Türkiyənin Səadət Partiyasının sədri Təməl Qaramollaoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “İsti dəmiri soyutmaq, qucaqlaşmaq dövrüdür” sözlərinə cavab verərkən deyib. O, Ərdoğanın sözlərinin doğru olduğunu bildirib:

“Bu gün siyasi partiyalar sanki bir-birinin düşmənidir. Bütün partiyalara eyni formada çağırış edirik. Siz birini düşmən, özünüzü dost, bir qismini vətən xaini, özünüzü yalnız vətənsevər qəbul etsəniz, o dəmir necə soyuyacaq?

Düşmənlər və dostlar bu düşüncədən əl çəkməsələr, Türkiyə ittifaq yarada bilməz. Bunu edəcək olanlar birbaşa Cümhur İttifaqının üzvləridir. Bu günə qədər istifadə etdikləri üslubu dəyişdirəcəklər. “Bu dostlar da bu məmləkətin övladıdır. Söylədikləri bizə görə yanlış ola bilər, amma dinləməli, doğru olanı da alaraq ondan istifadə etməliyik” – üslubuna bürünəcəklər. Biz bu üslubu başından bəri dəyişdirməmişik”.  (Axar.az)