XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 13:25

Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib –Müdafiə Nazirliyi

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin 1-ci  rübünün yekunlarına dair Bakı Qarnizonunda döyüş hazırlığının, hərbi nizam-intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.
Nazirlikdən verilən məlumata görə, müşavirədə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cari ilin 3 ayı ərzində qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və qarnizonda döyüş hazırlığının, hərbi nizam-intizamın yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması ilə əlaqədar müvafiq tapşırıqları vəzifəli şəxslərin diqqətinə çatdırıb.