XƏBƏR LENTİ

23 Avqust 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 18:03

UEFA Avropa Liqası kubokunun təqdimat mərasimi oldu –Moskvada

Rusiyanın paytaxtı Moskvadakı “Aviapark” ticarət-əyləncə mərkəzində UEFA Avropa Liqası kubokunun təqdimat mərasimi çərçivəsində Bakıda keçiriləcək final matçının səfirləri – keçmiş hücumçu Vəli Qasımov və Rusiya milli futbol komandasının üzvü, yerli “Krılya Sovetov” klubunun əslən azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov fanatlarla görüş keçiriblər.

Strateq.az “Report”a istinadən xəbər verir ki, ilk öncə azərbaycanlı tələbələrlə görüşən futbolçular onların suallarını cavablandıraraq, maraqlı məqamlara toxunublar. Daha sonra görüş daha geniş formatda futbol azarkeşləri ilə davam etdirilib.

Tədbirdə çıxış edən Vəli Qasımov və Aleksandr Səmədov Bakıda keçiriləcək final oyununun ölkə futbolunun inkişafına təkan verəcəyini və futbola sevginin artacağını qeyd ediblər.

Təqdimat mərasimi Bakıda keçiriləcək final matçının səfirlərinin imza mərasimi və azarkeşlərlə xatirə şəkilləri çəkdirməsi ilə davam edib.

Tədbirin sonu viktorina ilə davam edib. Qalib şəxs 29 may tarixində Bakıda keçiriləcək final oynuna vəsiqə qazanıb.

Nəzərinizə çatdıraq ki, Avropa Liqasının kuboku Rusiyaya İtaliyanın Milan şəhərindən gətirilib.